Aidiyyatı qurumlar "Hegemon" jurnalistlər barəsində ciddi araşdırma aparmalı, barələrində layiq olduqları tədbir görülməlidir
6-07-2023, 14:30
116

Aidiyyatı qurumlar "Hegemon" jurnalistlər barəsində ciddi araşdırma aparmalı, barələrində layiq olduqları tədbir görülməlidir

Korrupsiya səviyyəsinin yüksək, mətbuat azadlığının çox məhdud olduğu Azərbaycanda bəzi şəxslər özlərini jurnalist adlandıraraq şantaj yoluyla pul qazanırlar. 
Bu gün məhz redaksiya olaraq "Hegemon" jurnalistlər barəsində danışacağıq. 

Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, Bəxtiyar və Ülkər adlı şəxslərin özlərini "Hegemon" jurnalist kimi aparmaları ilə bağlıdır. Özlərini haqq ədalət carçısı kimi qələmə verən bu iki şəxs əslində firildaqçının, rüşvətxorun ən başda gedənidirlər. Daha aydın desək bu iki şəxs yalnız və yalnız insanları şantaj edib pul qazanmaqla məşğuldurlar. Daha sonra isə öz adlarını başqasına qoyurlar. 

Pul qazanmağın asan yolunu tapıblar vallah. Adama deyərlər bu cür haramcılıqla şantaj yolu ilə bu pulu qazanırsınız, bəs onu necə yeyə bilirsiniz ay Bəxtiyar və Ülkər ikilisi. 

Daha aydın və açıq desək, bu iki şəxs Şəki şəhər Daşüz kəndində körpələr evi uşaq bağçasına girərək icazəsiz çəkiliş aparmış, daha sonra isə əllərindəki çəkiliş ilə bağça müdirini şantaj etmiş, pul istəmişlər. Bağça müdiri redaksiyamızın baş direktoru Qurban müəllimə məsələni danışmışdır. Qurban müəllim bu iki firildaqçının əsl üzünü bildiyi üçün onlar öz adlarını bu gün Qurban müəllimə qoyub, Qurban müəllimi "Hegemon" jurnalist adlandırırlar. Atalar burda düz deyib. Oğru elə bağırdı, doğrunun bağrı yarıldı. 

Görünür Bəxtiyar və Ülkər adlı şəxslərə çox pis təsir edib kim olduqlarını onlara xatırlatmaq. Adama deyərlər ay insan sənin nə yolla pul qazandığın ortadadır. Sən kiməsə durub necə şər böhtan ata bilərsən? Adamda abır həya çox gözəl şeydir. Heyifki, bu sizdən yan keçib, sizə aid olan bir şey deyil. 

İndi isə gələk əsas məsələyə. Üzümüzü tuturuq aidiyyatı qurumlara. Bu cür fırıldaqçı, 5 manata görə öz mənliyini satan adamlar mətbuatın adına ləkədir. Bütün jurnalistlərin adlarını batırırlar. Aidiyyatı qurumlar tezliklə bu cür jurnalistləri mətbuatdan təmizləməli, layiq olduqları tədbiri görməlidirlər. 

Və sonda onu da qeyd etmək istəyirik ki, əziz Bəxtiyar və Ülkər ikilisi. Heç bir ali savadı olmadan özünüzü jurnalist sanırsınız, hələ bu azmış kimi gəlib kimisə təhqir edib, öz adınızı kiməsə qoyursunuz. Biz boş danışmırıq, əsl "Hegemon" jurnalistin kim olduğunu sizə əlimizdəki sübutlarla göstərəcəyik. Siz sadəcə izləmədə qalın.



Oxşar xəbərlər