Şantaj edən şəxs tutuldu: Görün kimdir
6-12-2022, 14:46
48

Şantaj edən şəxs tutuldu: Görün kimdir




Sosial şəbəkədə vətəndaşı şantaj etməkdə şübhəli bilinən şəxs tutulub.
Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Ağdaş rayon sakini Ahmeds Azizovs müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər