BŞTİ müdiri Bakıda şagird sıxlığının daha çox olduğu məktəbləri açıqladı
3-07-2023, 14:11
29

BŞTİ müdiri Bakıda şagird sıxlığının daha çox olduğu məktəbləri açıqladı


“Hazırda şagird sıxlığı daha çox Binə qəsəbəsində yerləşən məktəblərdə müşahidə olunur”.

Bunu “Report”a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib.

O xatırladıb ki, ötən il paytaxt ərazisində açılan səkkiz məktəbin bir qismi məhz Binədə yerləşir:

“Bununla da orada şagird sıxlığı qismən aradan qaldırılıb. Çətinliyin həllinə doğru gedirik. Təbii ki, problem dövlətin atdığı addımlar sayəsində aradan qaldırılır”.

Oxşar xəbərlər