Azərbaycan atleti beynəlxalq turnirdə gümüş medal qazandı
17-06-2023, 15:11
67

Azərbaycan atleti beynəlxalq turnirdə gümüş medal qazandı


Azərbaycan atleti Anna Skidan Estoniyanın Yıhvi şəhərində Dünya Kontinental Turu - Bürünc səviyyədə keçirilən Heino Lipp memorialında ikinci yeri tutub.

Azərbaycan Atletika Federasiyasının yaydığı məlumata görə, 31 yaşlı idmançı beynəlxalq yarışda çəkic atma növündə gümüş medal qazanıb.

O, 68,67 metr göstərici ilə buna nail olub. Skidan yalnız Ukrayna atleti İrina Klimetsdən geri qalıb.

Oxşar xəbərlər