Azərbaycan boksçuları beynəlxalq turnirdə 10 medal qazanıblar
10-06-2023, 12:00
36

Azərbaycan boksçuları beynəlxalq turnirdə 10 medal qazanıblar


Azərbaycanın gənc və yeniyetmə boksçuları Macarıstanın Eger şəhərində keçirilmiş beynəlxalq turnirdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar.

Federasiyadan verilən məlumata görə, gənclər yığmasının heyətində Sübhan Məmmədov (51 kq), Məhəmmədəli Aşurəliyev (57 kq) və Fərhad Şeydayev (75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Onlardan fərqli, Tağı Nəsibov (54 kq) və Məhəmmədəli Qasımzadə (60 kq) finalda məğlub olaraq, gümüş medalla kifayətləniblər. Ömər Aslanlı (54 kq) isə 3-cü yeri tutub.

Yeniyetmə boksçulardan Banuçiçək Nəsirli (46 kq) qızıl, Özləm Həsənova (63 kq) gümüş, İnci Məcidli (50 kq) və Abbasqulu Şadlinski (63 kq) isə bürünc medala sahib çıxıblar.

Beləliklə, Elbrus Rzayev və Rafiq İsmayılovun rəhbərlik etdiyi komandalar ənənəvi beynəlxalq turniri 10 medalla bitiriblər. Yığmanın heyətində Aşurəliyev yarışın ən texnikalı, Qasımzadə ən əzmkar boksçusu seçiliblər.

Oxşar xəbərlər