Azərbaycan basketbol milliləri seçmə mərhələyə qələbə ilə başlayıblar
17-06-2023, 15:05
29

Azərbaycan basketbol milliləri seçmə mərhələyə qələbə ilə başlayıblar


3x3 basketbol üzrə Azərbaycan milliləri Kiprin Limassol şəhərində keçirilən Avropa Kubokunun seçmə mərhələsində qələbə ilə start götürüblər.

Azərbaycan Basketbol Federasiyasından verilən məlumatına görə, qadınlardan ibarət yığma açılış oyununda A qrupunda yer alan Malta seçməsini əlavə vaxtda 17:15 hesabı ilə məğlub edib.

Kişilərdən ibarət milli də Maltadan güclü olub - 20:14. Kişi basketbolçular qrupda növbəti matçlarını Bakı vaxtı ilə saat 16:50-də yerli Kiprə qarşı keçirəcəklər.

Bundan 50 dəqiqə sonra isə qadınlardan ibarət komanda İrlandiya ilə üz-üzə gələcək.

Oxşar xəbərlər