Bu gün AVRO-2024-ün seçmə mərhələsinə start veriləcək
23-03-2023, 09:20
50

Bu gün AVRO-2024-ün seçmə mərhələsinə start veriləcək




Bu gün 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinə start veriləcək.
İlk olaraq C, H və J qruplarında səkkiz oyun keçiriləcək.
Günün maraqla gözlənilən qarşılaşması İtaliyada baş tutacaq. Turnirin son qalibi finalda məğlub etdiyi İngiltərəni qəbul edəcək.
C qrupunda, həmçinin, Şimali Makedoniya - Malta görüşü də təşkil olunacaq.
AVRO-2024, seçmə mərhələ
I tur
C qrupu

23:45. Şimali Makedoniya - Malta
H qrupu
19:00. Qazaxıstan - Sloveniya
22:45. Danimarka - Finlandiya
22:45. San Marino - Şimali İrlandiya
J qrupu
23:45. Portuqaliya - Lixtenşteyn
23:45. Slovakiya - Lüksemburq
23:45. Bosniya və Herseqovina - İslandiya

Oxşar xəbərlər