Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov işinin öhtəsindən layiqincə və vicdanla gəlir
25-05-2023, 13:10
228

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov işinin öhtəsindən layiqincə və vicdanla gəlir

Bu gün haqqında söhbət açacağımız şəxs Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasovdur. 

Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır. İcra Hakimiyyətinin Başçısı vəzifəsində 18.12.2007-ci il tarixindən çalışır. Ailəlidir, 1 oğlu, 2 qızı vardır.

Cənab başçı hər zaman dövlətə - dövlətçiliyə, xalqa -millətə, Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir. Şükürlər olsun ki, bu tendensiya bu gündə davam edir. 

O, böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Yüksək biliyi və təhsili, yüksək siyasi  qabiliyyətləri olan istedad sahibidir!
Rəhbər kimi ani və düzgün qərar qəbul edə bilən nadir insanlardandı! 

Prezident İlham Əliyevdən nümunə götürən cənab başçının böyüklüyü onun sadəliyində və insanlara səmimi münasibətindədir!

O, bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır. Onun həyat səlnaməsinə nəzər salanda görürük ki, o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş, həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır. O, hər zaman bir rəhbər kimi öz işində pirinsipial, qətiyyətli və dürüst mövqe tutmuşdur. Biz də təcrübəli bir KİV rəhbəri kimi belə sadə başçımızla qürur duymuşuq, fəxr etmişik.

Rəhbərlik etdiyi kollektivin işçilərinin qayğısına qalmasında, onların istirahətinin düzgün təşkil edilməsində və müəyyən təbəqələrə ianələrin verilməsində hər zaman ədalət pirinsipinə sadiq qalaraq bir pioritet kimi əsas şüarı olmuşdu. 

Biz də bu çətin və bir o qədər də şərəfli yolda cənab başçı Şair müəllimə və bütün kollektivinə gələcək işlərində uğurlar arzulayırıq.

2023-cü il “Heydər Əliyev” ili münasibətilə səmimi qəlbdən təbrik edirik.

Oxşar xəbərlər