SUMQAYIT ŞƏHƏRINDƏ QIZLAR BULAĞI ADLANAN ƏXLAQSIZLIQ YUVASI AŞKAR EDILMIŞDIR
29-05-2023, 13:47
961

SUMQAYIT ŞƏHƏRINDƏ QIZLAR BULAĞI ADLANAN ƏXLAQSIZLIQ YUVASI AŞKAR EDILMIŞDIR


Gündəmimizin əsas mövzularından biri də, hər gün getdikcə daha çox artan əxlaqsızlıq yuvalarıdır.
Heç bir vergi ödəmədən külli miqdarda pul, qazanan bu “yuva”ların fəaliyyətinə müvafik orqanlar nədənsə göz yumurlar ki, bu da əsaslı şübhələr yaradır.  Guya polislər əməliyyatlar keçirirlər.


Bəs onda ortaya sual çıxır ki, əgər əməliyyat keçirilirsə, guya ifşa olunursa, bəs niyə əxlaqsızlıq  yuvaları günbəgün artır...Əslində əxlaqsızlıq  yuvaları işlədənlərə heç gözün üstə qaşın var deyən də yoxdur... Ya  bunu birdəfəlik  xalqın və cəmiyyətin qarşısında leqallaşdırın, ya da  bu rüsvayçlığa  son qoyun.
Bir neçə gün əvvəl Redaksiyamıza daxil olan şikayətdə məhz bu əxlaqsızlıq yuvaları ilə bağlı idi. Şikayətdə bildirilir ki, növbəti əxlaqsızlıq yuvası Sumqayıtda Qızlar Bulağı adlanan yerdə aşkar edilmişdir.
Bu cür yerlər Gənc nəslin təlim tərbiyəsini pozur.


Əxlaqsızlıq yuvaları xəstəlik məskənidir. Çox maraqlıdı görəsən bu gün bu biznesi yaşadanlar necə rahatlıqla, heç kimdən çəkinmədən, qorxmadan bu yuvanı işlədə bilir. 


Yəqinki onlara bu işdə yuxarıdan dəstək olan, arxa çıxan kimsə var. Yeni fikirləşəndə heçmi hüquq mühafizə orqanları bu yuvanı aşkar edib, bir dəfə belə olsa bura baş çəkməyiblər? İndi aydın olur ki, hüquq-mühafizə orqanları niyə bu əxlaqsızlıq yuvası barədə tədbir görmür. Hardan bilə bilərik, bəlkə onlarda elə bu biznesə şərikdir.
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara.


Sumqayıt şəhər Qızlar Bulağı adlanan bu əxlaqsızlıq yuvası barədə tezliklə ciddi bir tədbir görəsiniz. Bu işə şərik olanlar və bu biznesi qurub yaşadanlar haqqında ciddi tədbir görülməlidir.


Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.


Oxşar xəbərlər