Gəncə şəhər Sabir küçəsi adlanan ərazidə fəaliyyət göstərən Nataşa adlı qadın dələduzluqla məşğuldur
13-05-2023, 13:59
89

Gəncə şəhər Sabir küçəsi adlanan ərazidə fəaliyyət göstərən Nataşa adlı qadın dələduzluqla məşğuldur



“Fala inanma, faldan da qalma”, deyirlər. Elə bu deyim də insanları kiçik bir problemlə üzləşdikləri zaman falçıların qapısına yönəldir. İnsanların çarəsizcə ümid bağladığı bu fırıldaqçılar əvvəllər sadəcə evlərdə xidmət göstərirdilər. İndi isə sosial şəbəkələrdə onlayn falçılıq xidmətləri geniş şəkildə yayılmağa başlayıb. Qəribə tərəfi isə budur ki, onlara inananların sayı azalmaq yerinə daha da artır. İnananların sayı artdıqca fırıldaqçılar da çoxalır. Ətrafımızda ən azı bir dəfə də olsa, belə hadisə ilə rastlaşırıq: “Falçıya getdim, hər şeyi bildi. Dedi ki, filan şeyləri edəcəyəm problemlərin həll olunacaq”. Aramızda falçıların belə ümidverici sözlərinə inananlar da az deyillər.
Minilliklər boyu bütün dünyada müxtəlif falçılar olub. Onlara inananlar sayəsində daha da artaraq günümüzə qədər gəliblər. İndi bizim ölkəmizdə insanları “mənə vergi verilib”, “Quran açıb baxıram” adı altında aldatmağa çalışırlar.
Belə fırıldaqçı dələduz falçılardan biri də Gəncə şəhər Sabir küçəsi adlanan ərazidə Nataşa adlı qadındır. 
Nataşa xanım insanları guya gələcəyi görür adı ilə aldadır, pullarını alır. Yanına gələn insanların sayı hesabı yoxdur. Bu qadın utanmadan camaatı aldadır. Özünə biznes qurub pul qazanır. 
Məsələ ilə bağlı üzümüzü tuturuq aidiyyatı qurumlara. Nataşa xanım və onun bu iyrənc biznesi barəsində tədbir görmələrini xahiş edirik. 
Məsələ ilə bağlı araşdırmamız davam edir, qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.





[media=https://youtu.be/rXY-Niyi8XI]

Direktor 
M.Seymur

Oxşar xəbərlər