Maşın kanala aşdı - Ölənlər var
29-09-2022, 09:00
67

Maşın kanala aşdı - Ölənlər var

Masallı rayonunda avtomobil kanala aşıb.
Hadisə rayonun Boradigah qəsəbəsində baş verib.
 
Belə ki, Lənkəran rayon sakini 1999-cu il təvəllüdlü Əli Mirzağa oğlu Qasımovun idarə etdiyi ''Reno'' markalı avtomobil yoldan çıxaraq su kollektoruna aşıb.
 
Hadisə yerinə çağrılan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobildəki şəxsləri çıxarıb. Sürücünün həyati təhlükəsi olmasa da, sərnişinlər - Lənkəran rayon sakinləri 1999-cu il təvəllüdlü Zaur Zahid oğlu Əlizadə və 2001-ci il təvəllüdlü Bəhram Vasif oğlu Məmmədzadə vəfat ediblər.
 
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər