Saatlı rayon SSİ-nin rəisi Hacı Tahir və qardaşı Zahid dövlətin qanunlarını heçə sayır - VİDEOFAKT
13-04-2023, 19:19
126

Saatlı rayon SSİ-nin rəisi Hacı Tahir və qardaşı Zahid dövlətin qanunlarını heçə sayır - VİDEOFAKT




Hörmətli oxucular!
Saatlı rayon Suvarma Sistemləri İdarəsinin rəisi Hacı Tahir və onun qardaşı Zahid ekologiyanı pozmaqla məşğuldurlar. Belə ki, bu iki nəfər vəzifələrindən sui-istifadə edərək Araz çayı sahilini bərbad hala salırlar. Dövlət tərəfindən müəyyən olunmuş heç bir qaydalara əməl etmədən, ərazidən ancaq və ancaq öz şəxsi gəlirləri üçün istifadə edirlər. 
Maraqlıdır ki, bu cür qanun pozuntularına Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və Şirvan Regional Ekologiya İdarəsinin rəisi Elnur müəllim nə əsasla göz yumurlar? Axı niyə şərait yaradırlar belə özbaşınalığın hökm sürməsinə?
Haşiyəyə çıxaraq onu da qeyd edək ki, bu yaxınlarda Zahid müəllimi cinayətə cəlb eləsələr də, buna baxmayaraq, yenə də öz çirkin əməllərindən əl çəkmir.
Mövzunu diqqətdə saxlayacağıq.
Redaksiyamız qarşı tərəfin də söz haqqını tanıyır.
Ətraflı videodan izləyə bilərsiniz:


Oxşar xəbərlər