Polis bu qadınla bağlı əhaliyə müraciət etdi
1-03-2023, 12:19
37

Polis bu qadınla bağlı əhaliyə müraciət etdi




Sumqayıtda vətəndaşların bank kartlarından oğurluq edən qadın saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Aysel Əliyeva tutulub. O, ifadəsində etdiyi cinayəti etiraf edib və Sumqayıt şəhərində bankomatdan pul çıxarmaq üçün ondan kömək istəyən daha bir nəfərin kartından 120 manat oğurladığını bildirib. A.Əliyeva əsasən ahıl yaşlı şəxslərin təqaüd kartlarından oğurluq edib. Faktlarla bağlı araşdırmalar davam etdirilir. A.Əliyevanın Sumqayıt, eləcə də digər ərazilərdə digər analoji cinayətlər etdiyi istisna olunmur. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, “102” Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Oxşar xəbərlər