Avtobusda oğurluq edən şəxs tutuldu
10-09-2022, 11:02
69

Avtobusda oğurluq edən şəxs tutuldu

Bakıda xətt avtobusunda oğurluq edən şəxs saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən xəbərə görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Kərimovdan heroin aşkar olunub.
 
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Qaraçuxur qəsəbəsi ərazisində xətt avtobusunda Bakı şəhər sakini olan bir qadının çantasından 224 manat pul, Yeni Günəşli qəsəbəsindəki evlərin birindən içərisində 600 manat, sənəd və bank kartı olan cüzdan, Zığ qəsəbəsindəki evlərin birindən isə mobil telefon oğurlaması müəyyən edilib.
 
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər