Qadının çantasından 2 minlik telefon oğurlandı
19-10-2022, 12:34
61

Qadının çantasından 2 minlik telefon oğurlandı

Qadının çantasından 2 minlik telefon oğurlandı
Bakıda qadının çantasından 2000 manatlıq mobil telefon oğurlanıb.
 
Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Biləcəri qəsəbəsi ərazisində Abşeron rayon sakini A.Əliyevanın çantasından 2000 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Vidadi Nəzərov saxlanılıb.
 
Araşdırmalarla onun Yasamal rayonu ərazisində Biləsuvar rayon sakini B.Əliyevin cibindən içərisində 780 manat və şəxsiyyət vəsiqəsi olan cüzdanını, Bakı şəhər sakini A.Səfərovanın isə içərisində pulu, bank kartları və sənədi olan cüzdanını oğurlaması, sonradan həmin qadının bank hesabından 114 manat pulunu çıxarması da müəyyən olunub.
 
Araşdırma davam etdirilir.

Oxşar xəbərlər