Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - red.) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, onun müavini Yasin Məmmədov və idarənin şöbə rəisləri Vüsal Ələkbərovla Sahib Ələkbərovun apellyasiya məhkəməsi yekunlaşmaq üzrədir.
Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən sonuncu prosesdə zərərçəkən iş adamı Akif Qurbanov dindirilib.
O məhkəmədə deyib ki, Mövlam Şıxəliyevlə toy məclisində söz-söhbətləri olub və 3 gün sonra zəng edərək onu MTN-ə çağırıblar: “Zəng gələndə dedim ki, mənim MTN-də nə işim var? Dedilər ki, çağıran Vüsal Ələkbərovdur. Növbəti gün MTN-ə getdim. Məni apardıqları otaqda bir nəfər mənə tərs-tərs baxırdı. Soruşdum ki, sən “nemes”sən? “Yox” deyib söyüş söydü. Sonra məni öz otağına apardı. Orada şirkətlərimi saymağa başladı. Axşam 7-yə qədər saxladılar, “povestka” verib buraxdılar. Səhəri gün yenə çağırdılar. Bu dəfə Mövlam Şıxəliyevin yanına apardılar. Uzun söhbətimiz oldu. Oradan isə köməkçisi Təhsin Ağayevin yanına apardılar. O dedi ki, bu gün Eldar (o zaman milli təhlükəsizlik naziri olan Eldar Mahmudovu nəzərdə tutur - red) müəllimin oğlunun toyudur. Səni mənə tapşırdı. Bizə 1 limon ver, səni buraxaq. Dedim ki, sizə 1 limon nə edəcək? Astaradan, Lənkərandan 10 kilo limon gətizdirərəm. Təhsin Ağayev güldü, dedi ki, 1 milyon istəyirlər. Mən isə dedim ki, hərənizə 10 min manat verə bilərəm. Axşam məni azad etdilər. Səhər ailəmlə Dubaya getdim, 4 ay xaricdə qaldım. Bu müddətdə hər gün bir oğlumu MTN-ə çağırıb incidirdilər. Oğlanlarımla razılığa gəldilər. Vüsal Ələkbərova 1 milyon dollar verdik. Pulu verəndə dedi ki, bu işdən kimsə xəbər tutsa, sən də, oğlanların da həbsə gedəcəksiz”.
Zərərçəkən məhkəmədən xahiş edib ki, Mövlam Şıxəliyevlə Vüsal Ələkbərovun cəzaları 12 ildən 14 ilə qaldırılsın, ona vurulan ziyan ödənilsin.
Digər zərərçəkən Hüseyn Səfərov isə ifadəsində bildirib ki, evlərini satıb pullarını Mövlam Şıxəliyevə verdiyinə görə kirayələrdə yaşayır: “Bunlar mütəşəkkil dəstədirlər, məndən 2 milyon pul alıblar. Hərbi Məhkəmə gedən dövrdə Mövlam Şıxəliyevin vəkili gəlib dedi ki, səs-küy salma, Eldar Mahmudov 3 nəfərin - sənin, Əfsəl Həsənəliyevin və Zaur Əliyevin pullarını ödəyəcək. Bunu Mövlam Şıxəliyev də təsdiqlədi. Dedi ki, kişinin sözü bir olar. 2 ay keçdi, kişinin sözü bir olmadı. Bizə vurulan ziyanın ödənilməsini və dördünə də ən yüksək həddə cəza təyin olunmasını tələb edirəm”.
Daha sonra zərərçəkən Zaur Əliyev dəlillərlə çıxış edib: “MTN-in arxasında poliklinika var. Pullar poliklinikanın qarşısında alınırdı. Oranın kameraları vasitəsilə də pul alınması prosesi izlənilirdi. Hətta pulu alıb MTN binasındakı kabinetə aparan adamı belə izləyirdilər. Çünki onlar özlərinə belə inanmırdılar. Baş Prokurorluğun İstintaq İdarəsi bu məsələləri araşdırmayıb. Zərərçəkənlərdən birinin 8 milyon pulu 8 televizor qutusunda MTN binasına gətirilib. Bu pullarla bağlı formal da olsa, hər hansı istintaq hərəkəti həyata keçirilməyib. Bu mütəşəkkil dəstənin başçısı Eldar Mahmudov olub. Mövlam Şıxəliyev sadəcə icraçıdır. Eldar Mahmudovdan prokuroru da, hakimi də, notariusu da, məmuru da qorxub. Adı gələndə belə deyirdilər ki, onun adını çəkmə”.
Daha sonra Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov çıxış edib. O bildirib ki, müvəkkilinin əməlində cinayət sıfra bərabərdir: “Mövlam Şıxəliyevə məxsus üzərinə həbs qoyulan əmlakların 90 faizini o, MTN İstintaq Baş İdarəsinin rəisi olmazdan əvvəl əldə edib. Ailə üzvlərinə aid pay torpağı müsadirəyə götürülüb. Mövlam Şıxəliyevin həyat yoldaşı Aybəniz Şıxəliyeva bacısı oğlu ilə birlikdə mebel biznesi ilə məşğul olub. Biznesdə Aybəniz Şıxəliyevanın oğlu Elgün Şıxəliyev də iştirak edib. O, Səbail rayonu ərazisində məhz Aybəniz xanımın mebel biznesindən əldə etdiyi gəlirlər hesabına əmlaklar alıb. Amma həmin əmlakların yarısı müsadirəyə götürülüb. Halbuki Mövlam Şıxəliyevin əməlində həmin dövrə aid hər hansı bir ittiham yoxdur.
Dövlət qanunu işgəncəyə çevirə bilməz. Xahiş edirəm ki, müşavirə otağında bu nüanslara baxın və ədalətli qərar çıxarın. 5-10 ildən sonra deyəcəklər ki, hakim İlqar Murquzov Mövlam Şıxəliyevin 70 illik əmlaklarını müsadirə elədi”.
Daha sonra hakim çıxış üçün sözü dövlət ittihamçısına verib. Prokuror Bakı Hərbi Məhkəməsinin Mövlam Şıxəliyev və digər 3 şəxs barəsində çıxardığı hökmün cəza hissəsi ilə razı olduğunu deyib. Dövlət ittihamçısının narazı qaldığı hissə isə müsadirəyə götürülən əmlaklarla bağlıdır. Belə ki, Bakı Hərbi Məhkəməsi istintaq dövründə üzərinə həbs qoyulan əmlakların yarısına qədərini Mövlam Şıxəliyevə qaytarıb. Dövlət ittihamçısı isə bildirib ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunub və geri qaytarıla bilməzdi. Ona görə də məhkəmədən xahiş edib ki, xüsusi müsadirədən çıxarılan həmin əmlaklar tam olaraq müsadirəyə götürülsün.
İş üzrə qərarın növbəti prosesdə - martın 6-da elan olunacağı gözlənilir.
Xatırladaq ki, M.Şıxəliyev MTN-də İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərovla mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməkdə ittiham olunur. İstintaqla M.Şıxəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manatı rüşvət qismində, 5 milyon 77 min manat pulu hədə-qorxu ilə tələb edib almasına əsaslı şübhələr müəyyən edilib.
Ötən ilin sentyabrında Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmə əsasən, Mövlam Şıxəliyev 12 il, Vüsal Ələkbərov 12 il 6 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il müddətə azadlıqdan məhrum edilib. Generalın 7,7 milyon manatlıq əmlakı müsadirə edilib.
Cinayət işi üzrə 32 zərərçəkmiş var.

Ölkə / Kriminal / Foto
1-03-2023, 10:29
124
“Dedi ki, “1 limon ver, səni buraxaq”, sən demə, 1 milyon istəyirmiş”

Oxşar xəbərlər
Son Xəbərlər
-
Bakıda beynəlxalq konfrans keçirilir
-
Bu gün 33 dərəcə isti olacaq
-
İyulun 1-dən bu şəxslərin müavinət və təqaüdləri artacaq - MƏBLƏĞLƏR
-
Bitki çaylarında ölümcül təhlükə – Nazirlik hərəkətə keçdi
-
12 gündə İsrailə atılan raketlərin sayı açıqlandı - Neçə nəfər ölüb?
-
Azərbaycan Respublikası Milli Məclisinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Binəqədi rayonunda aztəminatlı ailələrə hüquqi yardım aksiyası keçirilib
-
Yağışlı hava müşahidə olunur - FAKTİKİ HAVA
-
Rusiya İrana ancaq mənəvi dəstək verəcək: Putin Xameneiyə salam göndərdi
-
SON DƏQİQƏ: İran atəşkəsi qəbul etdi
-
ABŞ-İran münaqişəsində ssenari: Trampa sui-qəsd ediləcək - Rusiyadan sensasion iddia
-
Rusiya Sumı vilayətini atəşə tutdu - 3 ölü, 6 yaralı var
-
Ekspertdən sərt tənqid: Öz fənnindən xəbərsiz olan adam sinif otağında nə danışıb?
-
Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ: dələduzluq halları artır - VİDEO
-
Kiloqramı min avro: Dünyanın ən bahalı pendiri nədən hazırlanır?
-
Bədəndə səbəbi bilinməyən göyərmələr hansı xəstəliklərə işarədir?
-
Yay aylarında şirniyyata diqqət: Mütəxəssislər xəbərdarlıq edir
-
Azərsu ASC-nin 7 nömrəli Sukanal İdarəsinin rəisi Xəqani müəllim öz işinin peşəkarı bir insandır
-
“WhatsApp”da reklamlar dövrü başlayır - dəyişiklik kimlərə təsir edəcək?
-
Abituryentlər ixtisas seçimi zamanı nələrə diqqət etməlidirlər?
-
Yer altında gizli dünya tapıldı
-
"ChatGPT" insan beyninə necə təsir edir? - İlk araşdırmanın nəticələri narahatlıq doğurur
-
Bu günün hava proqnozu açıqlandı
-
Daha bir ölkə səfirliyini İrandan Azərbaycana köçürür
-
Sərhəddən keçid üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı açıqlandı
-
Şəkər haqqında məşhur mif doğru deyilmiş…
-
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRDİ
-
Prezidentlər onların evinə getdilər - VİDEO
-
Trampın İrana qarşı hazırladığı hiyləgər tələ: ABŞ admiralı açıqladı
-
Şərqlə Qərb belə birləşir: Bu addım İsrailə görə atılır - Görün nələr olacaq
-
Azərbaycanda ilk: Bu universitetlər dünyanın ən yaxşıları sırasında
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
-
Azərsu ASC-nin 7 nömrəli Sukanal İdarəsinin rəisi Xəqani müəllim öz işinin peşəkarı bir insandır
13:07 -
Bakıda beynəlxalq konfrans keçirilir
13:49 -
Bitki çaylarında ölümcül təhlükə – Nazirlik hərəkətə keçdi
13:40 -
İyulun 1-dən bu şəxslərin müavinət və təqaüdləri artacaq - MƏBLƏĞLƏR
13:40 -
Yağışlı hava müşahidə olunur - FAKTİKİ HAVA
13:50
-
Azərsu ASC-nin 7 nömrəli Sukanal İdarəsinin rəisi Xəqani müəllim öz işinin peşəkarı bir insandır
13:07 -
Sumqayıt zakıs şöbəsinin müdiri Təranə Novruzova əsl insani xüsusiyyətlərin hər birini özündə daşıyan bir insandır
13:02 -
"Azpulmat" - sərfəli pul mənbəyi, yoxsa borc bataqlığı?
15:59 -
Laçın Beynəlxalq Hava Limanının açılışı oldu
12:18 -
Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:29 -
Rusiyadan sensasion iddia: ABŞ parçalanacaq
13:16 -
Azərbaycanda Müstəqillik Günü qeyd olunur
12:24 -
İranın Zəngəzurdakı konsulluğu hərbi bazadır? - Gizlinlər ortaya çıxdı
13:42 -
Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:27 -
Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:26