8 il azadlıqdan məhrum edilən qadına bəraət verildi
1-11-2022, 10:15
45

8 il azadlıqdan məhrum edilən qadına bəraət verildi

8 il azadlıqdan məhrum edilən qadına bəraət verildi
Bakı Apellyasiya Məhkəməsində narkotik alverində ittiham olunan Səadət Sadıqovanın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən apellyasiya şikayətinə baxılıb.
 
Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılaraq qərar qəbul edilib.
 
Qərara görə, S.Sadıqovanın apellyasiya şikayəti təmin olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib. Məhkəmə onun barəsində bəraətverici hökm çıxarıb.
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Sadıqovanın barəsində 8 il müddətinə azadlıqdan mərhum etmə cəzası təyin edilib.
 
İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan olunmuşdu

Oxşar xəbərlər