Azərbaycanın Xalq artisti bu sövdələşmədən 25 milyon dollar QAZANACAQ
29-03-2021, 08:00
92

Azərbaycanın Xalq artisti bu sövdələşmədən 25 milyon dollar QAZANACAQ




Azərbaycanın Xalq artisti bu sövdələşmədən 25 milyon dollar QAZANACAQ
Rusiyalı iş adamı, Azərbaycanın Xalq artisti Emin Ağalarov "Zhara Music" leyblını satıb.
 
Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, sövdələşmənin qiyməti 25 milyon dollar təşkil edib.
 
Leyblın alıcısı Warner Music Group olacaq. Bundan sonra "Zhara Music"-in bazasında ABŞ-ın əfsanəvi şirkəti Atlantic Records-un şöbəsi yaradılacaq.
 
Zhara Music leyblının sahibləri sırasında Emin Ağalarovla yanaşı, Bahh Tee imzası ilə tanınan Azərbaycan əsilli rusiyalı müğənni Bəxtiyar Əliyev də var.

Oxşar xəbərlər