İTV cəmiyyətin tribunası olmalıdır - 17 ilə baxış
29-08-2022, 13:54
78

İTV cəmiyyətin tribunası olmalıdır - 17 ilə baxış

İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İctimai Televiziya və İctimai Radio) fəaliyyətə başladığı gündən 17 il ötür.
 
Milli Televiziya və Radio Şurasının (MTRŞ) 22 avqust 2005-ci il tarixli qərarı ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinə televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) verilib. Həmin ilin 29 avqust tarixində isə fəaliyyətə başlayıb.
 
Tanınmış jurnalisti, teletənqidçi Qulu Məhərrəmli İTV-nin 17 illik fəaliyyəti haqqında  danışıb.
 
Q.Məhərrəmli deyib ki, İctimai Televiziya fəaliyyətə başladığı dövrdən AzTV-dən fərqli olub:
 
“Həm verilişlərin təqdimatı, həm yeni məzmun fərqli idi. Tamaşçılar müqayisə edən zaman o üstünlükləri görürdü. Ümumi fəaliyyəti dövründə İTV-nin problemi onun "İctimai yayım haqqında" Qanuna  uyğun olmaması idi. Verilişlər yaxşıdır, amma İTV yaranıb ki, cəmiyyəti ifadə etsin, cəmiyyətin bütün sosial qatları üçün tribuna rolunu oynasın. İctimai Televiziyanın ən qara günləri AzTV-nin əlavəsi kimi çıxış etməsi oldu. Təxminən 2010-cu ildən sonra İTV-nin rəhbərliyi birbaşa AzTV rəhbərliyinin iradəsi altında fəliyyət göstərirdi ki, bu da qəbulolunmaz bir tərz idi. Rəhbərlik dəyişildikdən sonra situasiya da nisbətən dəyişib. Yeni verilişlər, layihələr var. İcimai müzakirə proqramları say etibarı ilə çoxalıb. “Diqqət Mərkəzi”, “Yekun”,”Sabaha saxlamayaq” ,”Sabahın xeyir Azərbaycan!” və “ Dikdaban” kimi izlənilən xeyli sayda veriliş var.  “3D” və “Dj Fateh” kimi verilişlər də maraqla izlənilir. Xüsusən Müsəllim Həsənovun apardığı “XX yüzillik” layihəs həm peşəkarlıq, həm də məzmun baxımından özəl, yaddaqalan verilişdir”.
 

 
Teletənqidçi vurğulayıb ki, radioda da maraqlı verilişlər və aparıcılar var:
 
“Pərvanə Nadirqızının apardığı “Can Azərbaycan” verilişi çox diqqətlə dinənilir. Son vaxtlar radioda nitq mədəniyyəti məsələsinə xüsusi diqqət yetirilir. Bu, müsbət tendensiyadır. İTV-də fərqli fikirlərin ifadə olması, fərqli dünya görüşünə malik insanların polemikaları azlıq təşkil edir. Fikrimcə, İTV ictimai xəbər proqramlarının səviyyəsini qaldırmalıdır. Bu yaxınlarda MEDİA saytların nə dərəcədə qanunauyğun olduğunu, xəbər standartlarına əməl olunub-olunmaması ilə bağlı çox yaxşı sorğu keçirmişdi. Eyni şey İTV üçün də olmalıdır, sərbəstlik və müəyyən azadlıq verilməlidir ki, cəmiyyəti dolğun əks etdirisin”.    
 
Q.Məhərrəmli İctimai Televiziya komandasını təbrik edib:
 
“Əvvəldən bu günə kimi İTV-də çalışanları təbrik edirəm. Hesab edirəm ki, bu televizya ən maraqlı, mötəbər kanallardan biri olmalıdır. Bunun üçün də müəyyən proseslər gedir. Arzulayıram ki, İTV-nin azadlığı və sərbətliyi geniş olsun. Yaradıcı kollektivə uğurlar arzulayıram”.

Oxşar xəbərlər