İranın televiziyasının “Facebook” səhifəsi birdəfəlik bağlandı
29-03-2021, 07:53
53

İranın televiziyasının “Facebook” səhifəsi birdəfəlik bağlandı




İranın televiziyasının “Facebook” səhifəsi birdəfəlik bağlandı
“Facebook” şirkəti İranın ingilisdilli Press TV televiziya kanalının akkauntunu birdəfəlik bağlayıb.
 
Bu barədə şirkətin mətbuat xidməti xüsusi bildiriş yayıb. Bildirişdə deyilir ki, televiziya kanalı “Facebook” sosial şəbəkəsinin prinsiplərinə zidd işlər görür. Lakin bu işlərin nədən ibarət olması haqqında heç bir açıqlama verilməyib.
 
Qeyd edək ki, Press TV-nin “Facebook” səhifəsi bir neçə dəfə müvəqqəti olaraq bağlanıb. Lakin “Facebook” şirkəti bu dəfə kanalın səhifəsini birdəfəlik bağlamaq qərarına gəlib.
 
Kanalın rəhbərliyi heç bir prinsipin pozulmadığını, səhifənin bağlanmasının siyasi xarakter daşıdığını bildirib.

Oxşar xəbərlər