"Əlbəttə, narazı qaldığım məqamlar da var, amma üç rayonumuzu müharibəsiz azad etdik"
22-03-2021, 13:08
50

"Əlbəttə, narazı qaldığım məqamlar da var, amma üç rayonumuzu müharibəsiz azad etdik"




Xəbər verdiyimiz kimi, Ədalət Partiyasının sədri, tanınmış-ictimai xadim İlyas İsmayılovun 83 yaşı tamam oldu.
 
İ.İsmayılov açıqlamasında doğum günüylə bağlı öz xoş təəssüratlarını bölüşüb:
 
“Tərbikiniz üçün çox sağ olun. Təşəkkür edirəm. Allaha şükür yaxşıyam”.
 
İ.İsmayılov Vətən müharibəmizdə əldə etdiyimiz qələbədən də danışıb və hələ mübarizənin davam etdiyini bildirib:
 
“Hər şeyi müqayisə etmək olur. Əlbəttə, narazı qaldığım məqamlar da var. Amma məsələ bundan ibarətdir ki, Şuşa, Laçın, Kəlbəcər, Ağdam Cəbrayıl və Füzuli rayonlarımızı işğaldan azad etdik. Üç rayonumuzu müharibəsiz azad etdik. Mən bunu böyük uğur hesab edirəm. Düşünürəm ki, hələ  irəlidə mübarizəmiz davam edir və digər ərazilərimiz də özümüzə qayıdacaq. Buna böyük ümidim var”.
 
Qeyd edək ki, İ.İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub.

Oxşar xəbərlər