Qardaşı oğlunu tüfənglə hədələdi
8-09-2022, 13:51
167

Qardaşı oğlunu tüfənglə hədələdi

Biləsuvar Rayon Polis Şöbəsinə Bağbanlar kənd sakini E.Mehtizadənin silahla hədələnməsi barədə müraciət daxil olub.
 
Araşdırmalarla onun yaşadığı evin həyətində əmisi A.Mehtiyev tərəfindən ov silahı ilə hədələməsi müəyyən olunub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində A.Mehtiyev saxlanılıb.
 
Ondan qanunsuz saxladığı nömrəsi silinmiş “İJ-16” markalı ov tüfəngi götürülüb.
 
Araşdırma aparılır.

Oxşar xəbərlər