Ayvazyanın yaxtası batdı
25-08-2022, 09:07
101

Ayvazyanın yaxtası batdı

Bir neçə gün öncə Siciliya adası yaxınlığında 39 metr uzunluğunda olan "Life Saga" adlı yaxta batıb.
 
Gəmi şərq istiqamətində su almağa başlayıb və kapitan təhlükə siqnalı verib. Sahil mühafizəsi yaxtanı xilas edə bilməyib. Dörd sərnişin və bir ekipaj üzvü təxliyyə edilib.
 
"Daily Mail"in yazdığına görə, yaxtanın sahibi rusiyalı iş adamı, “Kuzbassrazrezugol” holdinqinin həmsahibi, “Krutrade” şirkətinin direktorlar şurasının sədri Gennadi Ayvazyandır.

Oxşar xəbərlər