Dünyanın ən sürətli təyyarəsi təqdim olundu - FOTO
21-07-2022, 19:36
92

Dünyanın ən sürətli təyyarəsi təqdim olundu - FOTO

Sərnişin daşımalarında istifadə olunmağa başlayandan bəri təyyarələr uzun məsafələrə səyahət üçün əvəzolunmaz hala gəlib. Quru və ya dəniz yolu ilə günlərlə davam edən uzun yollar təyyarələrlə bir neçə saat ərzində qət edilə bilər.
 
Yeni texnologiyaların tətbiqilə bu müddət daha da azalır.
 
Belə ki, ABŞ-ın “Boom Supersonic” şirkəti yeni “Overture” sərnişin təyyarəsinin prototipini təqdim edib. Müvafiq olaraq, şirkətin yeni təyyarəsi 2 min km/saat sürətə çata bilir. Başqa sözlə, yeni model Atlantik okeanını cəmi 3,5 saata keçə biləcək. Sərnişin təyyarələrində yeni bir dövrə işarə edən “Overture” 2029-cu ildə istifadəyə veriləcək.
 
“Overture”nin qanadlarında yerləşdirilmiş dörd güclü mühərriki var ki, bu da təyyarəyə suda 1,7 Mach (2,092 km/saat ) və quruda bir Mach 1 (1239 km/saat) sürətlə hərəkət etməyə imkan verir. Bildirilir ki, bu dörd mühərrikli dizayn, həm xərcləri, həm də performansı, səs-küyü azaldır.
 
“Boom” 60.000 fut yüksəklikdə uça bilən “Overture”nin 65-80 arasında sərnişin tutumuna sahib olacağını açıqlayıb. Şirkət həmçinin dünyada ilk səs-küy azaltma sisteminin yeni yüksək sürətli təyyarələrində istifadə ediləcəyini bildirib. Bu yolla “Overture” səs sürətindən (1235 km/saat) aşağı uçan təyyarələrlə eyni səs-küy səviyyələrinə malik olacaq .
 
“Boom Supersonic”in yeni sərnişin təyyarəsi 26 milyon saat proqram simulyasiyasının , 5 külək tuneli testinin və 51 dizayn dəyişikliyinin nəticəsidir. Yeni yüksəksürətli təyyarə bu həftə Farnboro Beynəlxalq Aviasiya Sərgisində təqdim olunub. Boom sərgidəki yeni modelini "iqtisadi və ekoloji cəhətdən davamlı səsdən sürətli təyyarə" kimi təsvir edib.
 
Təyyarənin gövdəsi də onun performansına müsbət təsir etməsi üçün mümkün qədər aerodinamik olaraq dizayn edilib. Ön hissədə sivri burun olan təyyarənin arxa ucu yenidən daralır. Bu şəkildə küləyə qarşı müqaviməti minimuma endirilən təyyarənin qanadları həm yüksək, həm də aşağı sürətlərdə ən yaxşı tarazlığı təmin etmək üçün nəzərdə tutulub.
Bütün bunlara əlavə olaraq, “Overture” adi metallara nisbətən daha yüngül, daha güclü və termal cəhətdən daha dayanıqlı olan karbon kompozit materiallardan hazırlanacaq. Bundan əlavə, davamlılıq nəzərə alınmaqla hazırlanmış təyyarədə yanacaq kimi SAF (davamlı aviasiya yanacağı) istifadə ediləcək .
“Overture”nin istehsalına 2025-ci ildə başlanacağı, 2029 -cu ilə qədər yeni təyyarənin sərnişin daşımağa başlaması gözlənilir.
 
Qeyd edək ki, 2 min km/saatdan çox sürətə malik son sərnişin təyyarəsi “Concorde” 1976-cı ildə xidmətə girib, lakin 2003-cü ildə səma ilə vidalaşıb.
 

Oxşar xəbərlər