Bakıda övey atasını öldürən oğlan tutuldu
9-05-2023, 11:23
34

Bakıda övey atasını öldürən oğlan tutuldu




Mayın 8-i saat 23 radələrində paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi ərazisində ürək nahiyəsindən kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarət olan kişi meyitinin aşkar edilməsi barədə məlumat daxil olub. Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində 2002-ci il təvəllüdlü Elgün Abbasovun aralarında yaranmış mübahisə zamanı bıçaqla 1978-ci il təvəllüdlü Rahib Mehdiyevə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hazırda istintaq davam edir.

Oxşar xəbərlər