Bakıda 5 minlik siqaret OĞURLANIB
14-11-2022, 16:06
37

Bakıda 5 minlik siqaret OĞURLANIB

Bakıda 5 minlik siqaret OĞURLANIB
Bakıda 5014 manatlıq tütün məmulatları oğurlanıb.
 
Daxili İşlər Nazirliyindən  verilən məlumata görə, Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda Mətbuat prospektindəki marketlərin birindən 3714 manat dəyərində tütün məmulatı və 150 manat pul oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Babək İsmayılov müəyyən olunaraq saxlanılıb.
 
Analoji halla bağlı Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşları da əməliyyat keçiriblər. Əməliyyat tədbiri nəticəsində noyabrın 11-də rayon ərazisindəki köşklərin birindən 1300 manat dəyərində tütün məmulatı və 50 manat pul oğurlamaqda şübhəli bilinən Hövsan qəsəbə sakini Qəzənfər Ağayev müəyyən olunaraq saxlanılıb.
 
Qeyd edilən faktlarla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər