Büdcəyə vergi daxilolmaları 65 faiz artıb - Nazir
21-10-2022, 16:06
55

Büdcəyə vergi daxilolmaları 65 faiz artıb - Nazir

Büdcəyə vergi daxilolmaları 65 faiz artıb - Nazir
2022-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinə vergi daxilolmaları 10.451,4 mln. manat olub.
 
Bunu bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
 
Nazir qeyd edib ki, həmin vəsaitin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 4.097,0 mln. manat və ya 64,5% çoxdur.
 
"Vergi daxilolmalarındakı dinamika iqtisadi bərpanın və iqtisadiyyatda şəffaflığın təşviqinin nəticəsidir", - M.Cabbarov yazıb.

Oxşar xəbərlər