İllik inflyasiya 13 faizi ötüb - RƏSMİ
12-09-2022, 14:32
92

İllik inflyasiya 13 faizi ötüb - RƏSMİ

2022-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2021-ci ilin yanvaravqust aylarına nisbətən 113,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 107,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,0 faiz təşkil edib.
 
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK)  verilən məlumatda bildirilib.
 
Qeyd olunub ki, cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 faiz, əvvəlki ilin avqust ayına nisbətən 114,2 faiz təşkil edib.

Oxşar xəbərlər