2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 170 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, 114 ölkəyə məhsul ixrac olunub, 156 ölkədən idxal edilib.
Gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2022-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 30653,2 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 23159,4 milyon dollarını və ya 75,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 7493,8 milyon dollarını (24,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 15665,6 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 71,7 faiz, real ifadədə isə 7,2 faiz artıb.
İxrac real ifadədə 12,3 faiz artıb, idxal isə 2,3 faiz azalıb. 2022-ci ilin yanvar-iyul aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 24,2 faiz, real ifadədə 11,4 faiz artaraq 1682,0 milyon dollar təşkil edib.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 36,8 faizi İtaliya, 11,2 faizi Türkiyə, 6,2 faizi Rusiya, 3,9 faizi Hindistan, 3,8 faizi Çin, 3,5 faizi İsrail, 3,0 faizi Birləşmiş Krallıq, 2,2 faizi Yunanıstan, 2,0 faizi Almaniya, hər biri 1,7 faiz olmaqla Çexiya və Xorvatiya, hər biri 1,6 faiz olmaqla Gürcüstan, İspaniya və Ukrayna, 1,5 faizi Portuqaliya, hər biri 1,2 faiz olmaqla İsveçrə və Qazaxıstan, hər biri 1,1 faiz olmaqla Tunis və ABŞ, 13,1 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.xracın 48,3 faizini İtaliyaya, 9,6 faizini Türkiyəyə, 4,7 faizini Hindistana, 4,6 faizini İsrailə, 3,4 faizini Birləşmiş Krallığa, 2,9 faizini Yunanıstana, 2,2 faizini Xorvatiyaya, hər biri 2,1 faiz olmaqla Çexiya və Rusiyaya, hər biri 1,9 faiz olmaqla İspaniya və Portuqaliyaya, 1,8 faizini Gürcüstana, hər biri 1,5 faiz olmaqla İsveçrə və Ukraynaya, 1,4 faizini Tunisə, 1,2 faizini Almaniyaya, 1,1 faizini Vyetnama, hər biri 1,0 faiz olmaqla Tailand və Rumıniyaya, 5,8 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (27,5 faiz), Türkiyəyə (27,5 faiz), Gürcüstana (6,4 faiz), İsveçrəyə (6,0 faiz), ABŞ-a (3,5 faiz), İtaliyaya (2,4 faiz), Niderlanda (2,0 faiz), Qazaxıstana (1,9 faiz), Rumıniyaya (1,9 faiz), Hindistana (1,8 faiz), Özbəkistana (1,4 faiz), Belarusa (1,2 faiz), Çinə (1,2 faiz), Braziliyaya (1,2 faiz), Ukraynaya (1,1 faiz), İsveçə (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,7 faizi Rusiya, 16,2 faizi Türkiyə, 14,9 faizi Çin, 4,4 faizi Almaniya, 4,2 faizi Qazaxıstan, 3,5 faizi İran, 3,2 faizi ABŞ, 2,3 faizi İtaliya, hər biri 2,0 faiz olmaqla Ukrayna və Yaponiya, hər biri 1,9 faiz olmaqla Türkmənistan və Koreya, hər biri 1,8 faiz olmaqla Birləşmiş Krallıq və Fransa, 1,6 faizi Hindistan, 1,1 faizi Belarus, hər biri 1,0 faiz olmaqla Özbəkistan və Braziliya, 16,5 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
2022-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 7,0 faiz, tütün – 2,6 dəfə, çay – 98,4 faiz, mineral gübrələr – 2,2 dəfə, emal olunmamış alüminium – 66,4 faiz, qara metallardan çubuqlar – 41,7 faiz, qara metallardan borular – 33,1 faiz, sement klinkerləri – 20,9 faiz, bentonit gili – 8,0 faiz artmış, təzə tərəvəz ixracı isə 7,4 faiz, kartof – 14,9 faiz, bitki yağları – 21,6 faiz, şəkər – 60,3 faiz, meyvə və tərəvəz şirələri – 19,0 faiz, meyvə və tərəvəz konservləri – 12,7 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 15,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 47,8 faiz, pambıq lifi – 32,7 faiz, polietilen – 23,5 faiz, polipropilen – 27,0 faiz, pambıq ipliyi – 40,6 faiz, qara metallardan yarımfabrikatlar – 38,7 faiz azalıb.
2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 2022-ci ilin yanvar-iyul aylarında buğda idxalı 5,1 faiz, təzə meyvə – 10,6 faiz, kərə yağı, digər süd yağları və pastaları – 32,9 faiz, unlu qənnadı məmulatları – 12,2 faiz, kartof – 6,1 faiz, quş əti və onun əlavə məhsulları – 22,2 faiz, dərman vasitələri – 29,2 faiz, polad prokatı – 12,3 faiz, məişət kondisionerləri – 34,4 faiz, avtobuslar – 5,1 dəfə, sintetik yuyucu vasitələr – 8,3 faiz, qara metallardan çubuqlar – 26,1 faiz, mebellər – 1,6 faiz, polietilen – 67,5 faiz, qara metallardan künclüklər – 0,4 faiz, polipropilen – 4,0 faiz, sement – 38,7 faiz artmış, bitki yağları idxalı isə 12,9 faiz, xam şəkər – 12,7 faiz, şokolad və şokolad məhsulları – 4,3 faiz, çay – 3,5 faiz, təzə tərəvəz – 28,3 faiz, mal əti – 59,6 faiz, siqaretlər – 85,2 faiz, minik avtomobilləri – 13,4 faiz, qara metallardan borular – 18,3 faiz, hesablama maşınları, blok və qurğuları – 31,2 faiz, yük avtomobilləri – 15,0 faiz, rezin şinlər – 10,7 faiz, mineral gübrələr – 57,6 faiz, paltaryuyan maşınlar – 31,3 faiz, məişət soyuducuları – 37,2 faiz azalıb.
Oxşar xəbərlər
Son Xəbərlər
-
Son 25 ilin ən bahalı metalının ADI AÇIQLANDI
-
Təhsilə ən çox hansı ölkələr pul xərcləyir? - Təəccübləndirən adlar
-
Ağ Ev "yaşıl işıq" yandırdı - Bu ölkə nüvə silahı əldə edə bilər
-
Venesuelada ölənlərin sayı sürətlə artır
-
İnternet sürətinə görə ölkələrin DÜNYA REYTİNQİ - Azərbaycan neçənci yerdədir?
-
Süni intellekt artıq dünyanı məhv etməyə başlayıb – Yeni ARAŞDIRMA
-
ABŞ-ın itkiləri artır: 16 hərbçi ölüb, 430-dan çoxu yaralanıb
-
Süni intellektlə həyata keçirilən kiberhücumlar artır
-
"Coca-Cola"-nın sirri: Dünyanın ən məşhur içkisi necə narkotik tərkibli "dərman" kimi yaranıb?" - "Space Daily"
-
Növbəti genişmiqyaslı zərbələr dalğası - İranın hərbi infrastrukturu vuruldu
-
"Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
-
Zelenski niyə şüşə arxasından çıxış etdi?
-
Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!
-
Trampı öldürənə 10 milyon dollar verəcəklər
-
Leyla Əliyeva "Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə" sərgisinin təqdimatında iştirak etdi
-
Müctəba Xameneinin ictimaiyyət qarşısına niyə çıxmadığı açıqlandı
-
Sement, armatur, inflyasiya... - Əmlak bazarında nə baş verir?
-
Hərbçilərimiz Türkiyədə paraşüt təliminə qatıldılar
-
İrəvanda ziyafətdə kütləvi zəhərlənmə - Fransa Milli Gününü qeyd edirdilər
-
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
-
Ronaldo dünya çempionatlarında antirekord müəyyənləşdirdi
-
ŞOK ARAŞDIRMA: Xəzər dənizi Albaniya böyüklüyündə ərazini itirib - FOTO
-
Azərbaycanlı reper narkotik təbliğatına görə cərimələndi
-
Şiddətli istilərin coğrafiyası genişlənir: Avropa və digər regionlarda təhlükəli tendensiya
-
Dünyanın ən xoşbəxt insanı: Xoşbəxtliyin sirri bu 2 sözdə gizlidir
-
Rusların azərbaycanlılarla oxşar olan dərdi: Toy neçəyə başa gəlir?
-
Türkiyənin bu iki ölkə ilə yaxınlaşması İsraildə təşviş yaradıb - Nədən qorxurlar?
-
Rusiyaya qarşı yeni sanksiyalar paketi - 61 senator dəstəklədi
-
ABŞ İranda 5 körpünü dağıdıb: Ölənlər var
-
Azad edilmiş ərazilərdə 287 min hektardan çox sahə minalardan təmizlənib
Top 5
- Bu Gün
- Bu Həftə
- Bu Ay
-
Sement, armatur, inflyasiya... - Əmlak bazarında nə baş verir?
17:00 -
İrəvanda ziyafətdə kütləvi zəhərlənmə - Fransa Milli Gününü qeyd edirdilər
16:56 -
Hərbçilərimiz Türkiyədə paraşüt təliminə qatıldılar
16:59 -
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
16:54 -
Kadırovdan çağırış: Ukraynaya yardım edən ölkələri vurmalıyıq!
17:05

17:05 -
Ermənistanın məşhur kürd kəndi xarabaya çevrilir - Hakkoda 10 ailə qaldı
16:54 -
Süni intellekt artıq dünyanı məhv etməyə başlayıb – Yeni ARAŞDIRMA
09:34 -
Şiddətli istilərin coğrafiyası genişlənir: Avropa və digər regionlarda təhlükəli tendensiya
11:36 -
Türkiyənin bu iki ölkə ilə yaxınlaşması İsraildə təşviş yaradıb - Nədən qorxurlar?
11:33 -
İnternet sürətinə görə ölkələrin DÜNYA REYTİNQİ - Azərbaycan neçənci yerdədir?
09:35 -
ABŞ-ın itkiləri artır: 16 hərbçi ölüb, 430-dan çoxu yaralanıb
09:33