
Hadisə
28-04-2023, 15:20
110
Salyanda yol qəzası olub, yaralananlar var

Salyanda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb. “Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Avtovağzal dairəsi ərazisində qeydə alınıb.
Yaralananlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.