Şabranda zəncirvari qəza - Xəsarət alanlar var
28-10-2022, 10:16
160

Şabranda zəncirvari qəza - Xəsarət alanlar var

Şabranda zəncirvari qəza - Xəsarət alanlar var
Oktyabrın 27-i axşam saatlarında Şabran rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
 
İki minik maşını və yük avtomobilinin iştirakı ilə baş verən qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər