Bakıda sərnişin avtobusu qəzaya uğrayıb - Xəsarət alan var
25-01-2023, 09:19
162

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb - Xəsarət alan var



Bakının Nəsimi rayonunda 5 saylı sərnişin avtobusu qəzaya uğrayıb, xəsarət alan var.
Avtobus hərəkətdə olarkən digər avtomobillə toqquşub. Hadisə zamanı sərnişin, 1988-ci il təvəllüdlü Dadaşov Rəşad Ədalət oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.
Fakt araşdırılır.

Oxşar xəbərlər