Yevlaxda ağır qəza baş verib
13-02-2023, 08:55
87

Yevlaxda ağır qəza baş verib




Yevlax şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.“Opel” markalı minik avtomobilinin digər nəqliyyat vasitəsilə toqquşması nəticəsində Yevlax rayon sakinləri, 1998-ci il təvəllüdlü Məhəmməd Heydərov, 1990-cı il təvəllüdlü Amil Bayramov və 2000-ci il təvəllüdlü Hüseyn İbrahimli xəsarət alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır 

Oxşar xəbərlər