
Dünya
12-01-2025, 21:06
56
“Bacarıqsız siyasətçilər yanğını söndürmək üçün yol tapa bilmirlər”

Xəbər verir ki, Tramp bu barədə Sosial platformasında paylaşım edib.
Donald Tramp paylaşımda hazırkı administrasiyanı və Kaliforniya rəsmilərini sərt tənqid edib.
"Los-Ancelesdə yanğınlar hələ də davam edir. Bacarıqsız siyasətçilər onları söndürmək üçün bir yol tapa bilmirlər" - Tramp deyib.
O, əlavə edib ki, minlərlə ecazkar evlər yox olub və çoxları tezliklə məhv olacaq: "Hər yerdə ölüm var. Bu, ölkəmizin tarixindəki ən dəhşətli fəlakətlərdən biridir. Yanğınları söndürə bilmirlər. Bunlara nə olub?".