
Dünya
23-11-2024, 09:53
63
Tramp Ukrayna münaqişəsinə son verə bilər - Medvedev

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həllinə nail ola bilər.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Al Arabiya” telekanalına müsahibəsində deyib.
“Tramp praqmatik insandır”, - deyə Medvedev əlavə edib.
Eyni zamanda o, Moskvanın nə Trampa, nə də başqasına ümid bəsləmədiyini vurğulayıb: “Biz yalnız öz gücümüzə güvənirik”.
Qeyd edək ki, Tramp dəfələrlə Ukraynadakı münaqişəni mümkün qədər tez dayandırmaq niyyətində olduğunu bildirib.