Daha bir ölkədə matəm elan olundu
10-09-2022, 11:01
62

Daha bir ölkədə matəm elan olundu

Kanadada Böyük Britaniya kraliçası II Elizabetin ölümü ilə əlaqədar 10 gün matəm elan olunub.
 
Kraliçanın öldüyü gündən ölkədə matəm sayılır.
 
Bu müddət ərzində dövlət bayraqları endiriləcək. Bayraqlar yalnız bir gün – III Karlın rəsmi olaraq Böyük Britaniya kralı elan olunan gün qaldırılacaq. Sonra bayraqlar yenidən endiriləcək və II Elizabetin dəfn günü qaldırılacaq.
 
Qeyd edək ki, Böyük Britaniyada da 10 günlük milli matəm elan olunub. Matəm II Elizabetin dəfn mərasimi ilə başa çatacaq.
 
II Elizabet sentyabrın 8-də 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib. O, Kanada da daxil olmaqla, 15 ölkədə formal dövlət başçısı sayılırdı.

Oxşar xəbərlər