Qorbaçov həyat yoldaşının yanında dəfn edildi
3-09-2022, 20:03
67

Qorbaçov həyat yoldaşının yanında dəfn edildi

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov dəfn edilib.
 
O, Novodeviçye ailə məzarlığında - həyat yoldaşı, Raisa Qorbaçovanın yanında dəfn edilib.
 
Dəfn mərasimi fəxri qarovul dəstəsinin iştirakı ilə baş tutub.
 
Mərasimdə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev, Moskva meri Sergey Sobyanin, xarici ölkələrin səfirləri iştirak edib.
 
Qeyd edək ki, Mixail Qorbaçov avqustun 30-da ağır və uzun sürən xəstəlikdən sonra 92 yaşında vəfat edib.

Oxşar xəbərlər