İstefa verən məşhur siyasətçi aclığa başladı
30-08-2022, 09:20
50

İstefa verən məşhur siyasətçi aclığa başladı

İraqda Sədr Hərəkatının başçısı vəzifəsindən istefa verən ilahiyyatçı Müqtəda əs-Sədr aclıq aksiyasına başlayıb. O, aksiyanı ölkədə zorakılıq dayandırılana qədər davam etdirmək niyyətindədir.
 
Bu barədə Sədr parlament bloku məlumat yayıb.
 
"Müqtəda əs-Sədr aclıq aksiyasına başladığını elan edərək, zorakılıq və silahdan istifadə dayandırılana qədər davam etdirmək niyyətindədir", - açıqlamada deyilir.
 
Xatırladaq ki, daha əvvəl Müqtəda əs-Sədr siyasətdən getdiyini açıqlayıb. Bundan sonra yüzlərlə insan Respublika sarayına daxil olub. Gərginlik fonunda İraq hakimiyyəti ölkə ərazisində komendant saatı elan edib.

Oxşar xəbərlər