İsrail “Boeing 747”lərin uçuşuna qadağa qoydu
5-09-2022, 08:53
68

İsrail “Boeing 747”lərin uçuşuna qadağa qoydu

İsrail hökuməti hava çirkliliyini azaltmaq üçün “Boeing 747” və buna bənzər dörd mühərrikli təyyarələri qadağan etmək qərarına gəlib.
 
Bu barədə "Reuters" məlumat yayıb.
 
Uçuş qadağasının 31 mart 2023-cü ildə qüvvəyə minəcəyi gözlənilir.  Dörd mühərrikli təyyarələrin istismarına müstəsna hallarda icazə veriləcək.
 
İsrailin milli hava yolu şirkəti artıq "Boeing 747" təyyarələrini istismardan çıxarıb və uzun məsafəli marşrutlarda ikimühərrikli "Boeing 777" və "Boeing 787"lərdən istifadə edir. 
 

Oxşar xəbərlər