Türkiyənin “Aksungur” PUA-larının uçuş testləri tamamlanıb
17-05-2021, 08:00
58

Türkiyənin “Aksungur” PUA-larının uçuş testləri tamamlanıb

Türkiyənin TUSAŞ şirkəti “Aksungur” PUA prototiplərinin uçuş testlərini yekunlaşdırıb.
 
Bu barədə şirkət rəsmisi Faruk Oğuz məlumat verib.
 
O, “Aksungur”un ANKA PUA-larının “böyük qardaşı” olduğunu ifadə edib. Bildirilir ki, “Aksungur” daha çox silah və qabiliyyətə malikdir.
 
Şirkət rəsmisi PUA-ların 5 prototipinin istehsal edildiyini bildirib və o, PUA-ların tezliklə tədarük ediləcəyini açıqlayıb.
 
Bundan əvvəl şirkətin Baş direktoru Temel Kotil 2020-ci ildə “Aksungur” PUA-larının praktik olaraq tamamlandığını və kütləvi istehsalına başlandığını, tezlikə Türkiyə ordusuna tədarük ediləcəyini qeyd etmişdi.
 
Orta əməliyyat hündürlüyü, uzun uçuş müddəti (MALE) sinfinə məxsus olan “Aksungur” PUA-ları 59-cu uçuş sınaqları zamanı 49 saat havada qalmağı bacarıb.

Oxşar xəbərlər