Rusiya hansı dəyərlərə arxalanaraq addım atır? - Putin AÇIQLADI
29-11-2023, 08:43
24

Rusiya hansı dəyərlərə arxalanaraq addım atır? - Putin AÇIQLADI






"Rus xalqının adət-ənənələri və dəyərləri sarsılmazdır, onları kökündən qoparmaq mümkün deyil".

Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Rusiya Xalq Şurasının iclasında videobağlantı vasitəsilə çıxışı zamanı deyib.

O bildirib ki, ruslar Böyük Vətən Müharibəsi illərində "əbədi ənənələrə" sədaqət göstərib.

"Bu gün də belə davam edəcək, onu kökündən qoparmaq olmaz, Rusiyanın əsası, mahiyyəti, xalqın mahiyyəti budur", - dövlət başçısı bildirib.

Putin Rusiyanın ənənələrə arxalanaraq yalnız irəliyə baxacağını vurğulayıb:

“Biz həmişə irəliləyəcəyik, lakin biz həmişə qədim ənənələrimizə və mənəvi köklərimizə arxalanacağıq".

Oxşar xəbərlər