Rusiya 350 minlik ordu ilə hücuma keçəcək: Bu əraziləri tutacaq
11-11-2023, 15:40
38

Rusiya 350 minlik ordu ilə hücuma keçəcək: Bu əraziləri tutacaq



Bu müharibə zamanı Rusiya ordusu böyük itki verdi, lakin ehtiyat fondu Rusiya ordusundan daha aşağı olan Ukrayna ordusu daha böyük itki verdi. Rusiya diktatura ölkəsi olaraq ordusunu daim artırır, hücuma keçmək üçün kifayət qədər ehtiyat yaradır. Üstəlik, bu dəfə Rusiyanın hücumunun hədəfi Odessa olacaq. Rusiya tərəfi Dnestryanı bölgəyə çatmaq niyyətindədir.

Publika.az xəbər verir ki, bunu alman generalı, NATO qüvvələrinin keçmiş komandanı Harald Kuyat bildirib.

Yüksək rütbəli hərbçi qeyd edib ki, Ukrayna silahlı qüvvələrinin xüsusilə əks-hücum zamanı itkiləri müqayisəedilməzdir. Rusiya tərəfi müdafiə taktikasından istifadə edərək strateji müdafiəyə keçdi. Aydındır ki, hazırkı mərhələdə onların məqsədi nəyin bahasına olursa olsun əraziləri saxlamaq yox, Ukrayna silahlı qüvvələrini məhv etməkdir.

Artıq bir neçə gündür ki, ruslar “aktiv müdafiə”dən danışır, bu da onların hücuma hazırlaşdığını bildirir. Kuyat əmindir ki, rusların Kranso-Liman və Kupyansk istiqamətində uğurlu hərəkətləri hücumun hazırlandığından xəbər verir.

“Söhbət 350 min yeni əsgərdən gedir. Bunun mənası nədir? Ola bilsin ki, Rusiya tərəfi 25-ci Ümumqoşun Ordusu ilə birlikdə hücuma keçərək cəbhədə sıçrayış etmək niyyətindədir. Axı belə bir niyyət olmasaydı, arxa cəbhədə bu qədər qoşun yığılmazdı”, - general bildirib.

Alman generalı üçün Rusiya tərəfinin hücuma nə vaxt başlamasının mümkün olduğunu söyləmək çətindir, lakin Odessa və Dnestryanı bölgəyə qədər olan ərazilərin Rusiyanın hədəfi olacağına və ələ keçiriləcəyinə şübhə etmir.

Oxşar xəbərlər