Ukraynada güclü döyüşlər gedir - Rusiya ordusu bu istiqamətdə irəliləyir
17-07-2023, 12:14
25

Ukraynada güclü döyüşlər gedir - Rusiya ordusu bu istiqamətdə irəliləyir




Vəziyyət gərginləşib, rus ordusu Kupyansk istiqamətində fəal şəkildə irəliləyir, şiddətli döyüşlər gedir. Rusiya Silahlı Qüvvələrinin Avdeevka və Marinsk istiqamətlərində hücumu davam edir”

Publika.az xəbər verir ki, bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri Xarkov vilayətinin Kupyansk istiqamətində iki gündür ardıcıl olaraq aktiv şəkildə irəliləyir, Ukrayna Silahlı Qüvvələri isə müdafiə mövqeyindədir.

Malyarın sözlərinə görə, Ukrayna silahlı qüvvələri Artyomovskoye istiqamətində “tədricən irəliləyir”.

“Baxmut yaxınlığında hər gün cənub cinahında irəliləyiş gedir, şimal cinahda Ukrayna silahlı qüvvələri mövqelərini qorumağa çalışır, Baxmutun özündə isə qarşılıqlı atəşlər var”, - məlumatda deyilir.

Malyarın sözlərinə görə, ruslar Avdeevka və Marinsk istiqamətlərində hücum əməliyyatlarını davam etdirir, güclü döyüşlər gedir.

Oxşar xəbərlər