Rusiya bir gecədə bu qədər itki verdi
20-02-2023, 11:06
41

Rusiya bir gecədə bu qədər itki verdi



Ukrayna Silahlı Qüvvələri ötən gecə Rusiyanın 7 hücumunun qarşısını alıb, 1 təyyarəsini və 1 reaktiv yaylım atəşi sistemini məhv edib.
Məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.
Bildirilib ki, Rusiya qoşunları Xarkov, Luqansk və Donetsk vilayətləri istiqamətində hücuma keçməyə cəhd edib, lakin Ukrayna müdafiəçiləri bunun qarşısını alıb.
Ukrayna müdafiəçiləri Rusiyanın bir “Su-25” qırıcısını, 2 “Orlan-10” PUA-sını və 2 “Lanset-3” dron-kamikadzesini məhv ediblər.

Oxşar xəbərlər