98 nəfər acından öldü
27-04-2023, 08:15
27

98 nəfər acından öldü




Keniyanın Malindi şəhərində “İsa peyğəmbərlə qarşılaşacağına söz verilən” və ölüm “oruc”unda həyatını itirənlərin sayının 98 nəfərə çatıb.
Bu barədə Keniyanın “Nation” qəzeti polisə istinadən məlumat yayıb.
Vurğulanıb ki, çərşənbə günü daha səkkiz uşaq cəsədi tapılıb. Onlar da hamı kimi Malindi şəhəri yaxınlığında yerləşən Şakahol meşəsindəki qəbirlərin içərisində aşkarlanıb. Məzarların içərisində bir neçə nəfər basdırılıb.

Oxşar xəbərlər