Koronavirusa yoluxma sayı 24% azalıb - ÜST
18-08-2022, 12:21
78

Koronavirusa yoluxma sayı 24% azalıb - ÜST

Son bir həftə ərzində dünyada 5,4 milyondan çox insan koronavirus infeksiyasına yoluxub, 15 mindən artıq insan dünyasını dəyişib.
 
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.
 
Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 24 faiz, ölüm hallarının sayı isə 6 faiz azalıb.
 
"Avqustun 8-dən 14-dək koronavirusa 5 460 641 nəfər yoluxub, 15 072 nəfər isə ölüb. Bir öncəki həftə ilə müqayisədə yoluxma hallarının sayı 24 faiz, ölüm hallarının sayı isə 2 faiz azalıb", - ÜST-dən bildirilib.
 
Qeyd edək ki, koronavirusa yoluxanların sayı 589 680 368, ölənlərin sayı isə 6 436 519 nəfərə çatıb.

Oxşar xəbərlər