21 nəfər aclıqdan öldü
23-04-2023, 11:46
32

21 nəfər aclıqdan öldü





Keniya polisi Malindi şəhəri yaxınlığında 21 meyiti eksqumasiya edib, ölənlər arasında uşaqlar da var.
Bu barədə CNN məlumat yayıb.
Keniya polisi davamçılarına ölüm əmri verdiyi iddia edilən moizəçini araşdırır. Səlahiyyətlilər 21 nəfərin meyitini eksqumasiya edib və daha çox meyit tapacağını gözlədiklərini bildiriblər.
Moizəçi Pol Makkenzi Ntenqe həbsdədir və məhkəməni gözləyir. Polis aprelin 15-də özünü aclıqdan öldürən dörd nəfərin meyitini tapdıqdan sonra həmin şəxsi həbs edib. İddialara görə, o, davamçılarına “İsa ilə görüşmək” üçün ac qalmalarını söyləyib.
O, insanlara oruc tutmağı əmr etməzdən əvvəl onları gölməçələrdə vəftiz etdiyi bildirilir.

Oxşar xəbərlər