Ərdoğan azərbaycanlı xilasedicilərlə görüşdü - VİDEO
23-02-2023, 09:20
46

Ərdoğan azərbaycanlı xilasedicilərlə görüşdü - VİDEO




Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərərçəkmiş Hatayda səfərdə olan zaman dağıntılar altından 53 nəfəri sağ xilas edən azərbaycanlı xilasedicilərlə də görüş keçirib.
Azərbaycan axtarış-xilasetmə qrupunun komandiri, briqada generalı Məhərrəm Həsənov Türkiyə Prezidentinin onlarla görüşü barədə “TRT Haber”ə danışıb.
“Türkiyə Prezidenti cənab Ərdoğan gəlmişdi. Bütün komandalarla görüşərkən Azərbaycan komandasının yanında dayandı və bizə xüsusi diqqət yetirdi, işimizlə maraqlandı. Mən bunların hamısını prezidentimizə çatdırdım”.
Daha ətraflı süjetdə:


 

 

Oxşar xəbərlər