Rusiya 23 yaşlı azərbaycanlı əsiri azad edib
22-09-2022, 10:17
84

Rusiya 23 yaşlı azərbaycanlı əsiri azad edib

Xəbər verildiyi kimi, sentyabrın 21-də Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib. Türkiyədə gerçəkləşən əsir mübadiləsi zamanı 215 ukraynalı döyüşçü 50 Rusiya vətəndaşına və Ukrayna pasportu olan oliqarx-siyasətçi Viktor Medvedçuka dəyişdirilib.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, Ukrayna tərəfinə qaytarılanlar döyüşçülər arasında bir azərbaycanlı da var.
 
Bu, Ukrayna Silahlı Qüvvələrinin hərbçisi Rüstəm Arif oğlu Babayevdir. Onun 23 yaşı var.

Oxşar xəbərlər