
Dünya
16-12-2022, 18:00
124
Almaniya 20 azərbaycanlını ölkədən çıxardı

Almaniya Azərbaycan vətəndaşlarını ölkədən çıxarıb.
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 15-də Azərbaycan və Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş çərçivəsində Almaniyadan 20 Azərbaycan vətəndaşı ölkəyə readmissiya edilib.